- Ana səhifə
- Sağalma prosesi
Sağalma
Sağalma prosesi —
real olaraq nə gözləmək olar
Ən çox verilən suallar əməliyyatın özü ilə deyil, sonrası ilə bağlı olur: şişkinlik nə vaxt gedir, nəticə nə vaxt görünür. Aşağıdakı mərhələlər ümumi istiqamətdir — dəqiq müddət hər pasiyentdə fərqlidir.
Rinoplastikadan sonra
Mərhələlər ümumi gedişi göstərir və zəmanət deyil.
-
İlk günlər
Şişkinlik və göz altında göyərmə gözlənilən haldır. Burun daxilində splint, xaricində gips olur.
-
Təxminən 10-cu gün
Gips açılır. Bu, çoxlarının ilk dəfə yeni formanı gördüyü andır — lakin bu, son nəticə deyil, ödemli bir mərhələdir.
-
1-ci ay
Dəyişiklik aydın görünməyə başlayır. Ödemin bir hissəsi hələ qalır.
-
2–5-ci aylar
Ödemin böyük hissəsi çəkilir, konturlar aydınlaşır, forma üz cizgiləri ilə uyğunlaşmağa başlayır.
-
6–12 ay
Rinoplastikanın nəticəsini tam qiymətləndirmək üçün adətən ən azı 6–12 ay lazımdır.
-
1 ildən sonra
Uğurlu nəticənin göstəricisi yalnız ilk görüntü deyil — formanın illər keçdikcə təbii və harmonik qalmasıdır.
Otoplastikadan sonra
Sıxıcı sarğı adətən təxminən 10 gün sonra açılır. Bu mərhələdə forma artıq görünür və şişkinlik minimal olur. Sonrakı həftələrdə qulaq seyvanının şişi azalmağa davam edir.
Sonrakı dövrdə yalnız yatarkən sıxıcı bandın istifadəsi tövsiyə oluna bilər; müddəti həkim tərəfindən müəyyən edilir.
Vacib bir qeyd
Sağalma müddəti dərinin qalınlığından, anatomiyadan, əməliyyatın həcmindən və fərdi xüsusiyyətlərdən asılıdır.
Qonşunuzda, rəfiqənizdə və ya qohumunuzda necə olduğu sizin üçün ölçü deyil — bu sualların cavabını öz həkiminizdən almaq düzgündür.