- Ana səhifə
- Xidmətlər
- Septorinoplastika
Xidmət
Septorinoplastika — forma və funksiya birlikdə
Forma və funksiyanın birlikdə korreksiyası
Konsultasiyaya yazılLOR Hospital · Əhməd Rəcəbli 19K, Bakı
Septorinoplastika burun çəpərinin korreksiyası ilə burnun xarici formasının yenidən qurulmasının eyni əməliyyatda birləşdirilməsidir.
Kimlər üçün
- Həm nəfəsalma çətinliyi, həm də burun formasından narazılıq olduqda
- Travma nəticəsində burunda həm əyilmə, həm də deformasiya yarandıqda
Niyə birlikdə planlanır
Çəpərin vəziyyəti burnun xarici formasına, xarici quruluş isə hava axınına təsir edir. İki problem ayrı-ayrı deyil, bir plan daxilində dəyərləndirildikdə həm funksional, həm də estetik nəticə daha uyğun planlana bilir.
Travmatik burun
Travma sonrası hallarda quruluşun bərpası üçün əlavə dəstək toxumasına ehtiyac yarana bilər. Bunun lazım olub-olmaması müayinə və planlama mərhələsində müəyyən edilir.
Nə gözləmək olar
Sağalma rinoplastikada olduğu kimi mərhələli gedir: gips təxminən 10 gün sonra açılır, ödem aylar ərzində azalır və forma tədricən oturur. Müddət hər pasiyentdə fərqlidir.